|
Londonda EITI-ın beynəlxalq konfransı (17/03/2005)
Londonda EITI-ın beynəlxalq konfransı (17/03/2005)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in
bülletenlərindən istifadə olunub)
2005 –
ci il mart ayının 17-də Londonda EITI-ın beynəlxalq konfransı keçirilmişdir.
Britaniya hökumətinin ev sahibliyi etdiyi konfransda vətəndaş cəmiyətinin,
hökumətlərin, beynəlxalq maliyə institutlarının, mədən sənayesinin və KİV-lərin
birlikdə 300-dən artıq nümayəndəsi iştirak etmişdir. Konfransın əsas məqsədi
iştirakçıların daha çox şəffaflığa nail olmaq haqqında öhdəliklərini yeniləmək
üçün imkan yaratmaq və yerli hökumətlər tərəfindən Təşəbbüsün tətbiqi meyarları
sistemini razılaşdırmaq idi.
Konfransın mühüm nailiyətlərindən biri Təşəbbüsün tətbiqi üzrə 5 minimum tələbin qəbul edilməsi olmuşdur. Ödəmələrin və gəlirlərin müstəqil auditini, EITI prosesinin bütün mərhələlərində hökumətin vətəndaş cəmiyyəti ilə məsləhətləşməsini və onun bu prosesdə fəaliyətinin qurulmasını təmin etmək üçün ehtiyaclarının qarşılanması məsələlərini əhatə edən bu tələblərə Təşəbbüsün tətbiq edildiyi bütün ölkələr əməl edəcəklər. Bu isə Təşəbbüsün ictimai bazisini təmin etməyə kömək edəcəkdir. Konfransın müsbət sonuclarından biri də Statoyl şirkətinin yerli hökumətlərə ödəmələrinin şirkətin fəaliyət göstərdiyi hər bir ölkə üzrə ayrı- ayrılıqda açıqlamaq haqqında öhdəliyi oldu. Eyni zamanda BP şirkəti də bu istiqamətdə fəaliyət göstərdiyini bəyan etdi. Bu bəyanatlardan bir qədər əvvəl Şell şirkəti “mümkün olan hər bir yerdə” fərdi açıqlamalar edəcəyi haqqında öhdəlik götürdüyü haqqında bəyanat vermişdi. Kanadanın Talisman şirkəti isə fəaliyət ğöstərdiyi hər bir ölkədə artıq sistematik olaraq yerli hökumətlərə ödəmələrini açıqlamaqdadır. Digər gəlişmələr isə ondan ibarətdir ki, Nigeriya, Kamerun və Konqo Demokratik Respublikası EITI prinsiplərini qəbul edərək fəal şəkildə həyata keçirməyə başlamışlar. Norveç isə bəyan etmişdir ki, ayrı- ayrı ölkələr səviyyəsində EITI- ı dəstəkləmək üçün daha böyük texniki və maliyə dəstəyini təmin edəcəkdir. Bununla belə Konfransda qeyd edilmişdir ki, EITI-ın tam uğurunu təmin etmək üçün hələ çox işlər görülməlidir. Pilot ölkələrin atdığı əhəmiyətli addımlar yüksək qiymətləndirilsə də, prosesin həqiqətən beynəlmiləl olmasını və uğur qazanmasını təmin etmək üçün bir çox ölkələr (o cümlədən OPEC üzvü olan) və dövlət şirkətləri prosesə cəlb edilməlidirlər. Bundan başqa, vətəndaş cəmiyəti qruplarının ölkə səviyyəsində hökumət və digər maraqlı tərəflərlə birlikdə bu Təşəbbüsə daha uyğun və təsirli şəkildə cəlb edilməsi üçün daha böyük resurslara- bəzi hallarda isə daha geniş siyasi məkana ehtiyacı vardır. Bu məqsədlərin həyata keçirilməsi üçün daha artıq kollektiv cəhdlərə ehtiyac vardır. Təşəbbüsə qoşulmuş maraqlı tərəflər, şirkətlərin və hökümətlərin şəffaflıqla bağlı verdikləri vədlərini nə dərəcədə yerinə yetirdiklərini izləmək üçün Save the Children beynəlxalq təşkilatının şəffaflığın ölçülməsi üçün işləyib hazırladığı göstəricilərin xüsusi sistemindən istifadə edəcəklər. Vətəndaş cəmiyəti təmsilçiləri yeni qəbul edilmiş meyarların tam əməl edildiyinə əmin olmaq üçün EITI-ın tətbiqinin monitorinqini aparacaqlar. Bu təşəbbüsə olan inamın və onun effektivliyinin təmin olunması üçün vacib şərtdir. Konfransda təqdim edilmiş çıxışlarla tanış olmaq üçün bura müraciət edin.
◄ 1 ... 15 16 17 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:54
|