|
EITI beynəlxalq Məsləhət Şurası yaradıldı (15/03/2005)
EITI beynəlxalq Məsləhət Şurası yaradıldı (15/03/2005)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in bülletenlərindən
istifadə olunub)
EITI beynəlxalq Məsləhət Şurası yaradıldı: 2005-ci il martın 15-də EITI-in Londonda
keçirilmiş ikinci beynəlxalq konfransında EITI-ın gələcəyi üzrə Beynəlxalq Məsləhət
Qrupunun (BMQ) yaradılması qərara alınmışdı. Artıq Qrupun tərkibi müəyyənləşib
və gələcəkdə Təşəbbüsün daha effektiv həyata keçirilməsini necə təşkil etmək
haqqında müzakirələr avqust ayında başlanacaq.
Daha çox ölkələr EITI-a qoşulduqca qarşıya bir sıra mühüm həll edilməsi vacib məsələlər çıxır. Şübhəsiz ki, ən vacib məsələ hansı ölkələrin “Təşəbbüs”ü həyata keçirdiyini, hansılarının isə keçirmədiyini müəyyən etmək və EITI-ın aparıcı rolunu beynəlmiləlləşdirməkdir. Həmçinin, daha çox ölkələr EITI-a qoşulduqca donor yardımlarını daha effektiv koordinasiyası və davamlı fond ayırmaları mexanizmlərini yaratmaq ən mühüm məsələlərə çevrilməkdədir. BMQ EITI-ın 2006-cı ildə keçiriləcək beynəlxalq konfransına bu və digər məsələlərlə bağlı tövsiyələrini hazırlayacaq. Transparency İnternational beynəlxalq təşkilatının yaradıcısı və rəhbəri Peter Eigen Qrupun müstəqil Sədri olacaq. Azərbaycan QHT Koalisiyasının Koordinatoru Sabit Bağırov həmin qrupun üzvü seçilib. Dünya Bankı, BVF və DFİD-in nümayəndələri iclaslarda BMQ-nin katibliyi kimi iştirak edəcəklər. Bütün müzakirələr və qərarlar və tövsiyələr EITI vebsaytında yerləşdiriləcək və BMQ-də olmayan digər EITI ölkələrinin müvafiq qurumları müzakirə olunan məsələlər haqqında sərbəst fikir söyləyə biləcəklər.
◄ 1 ... 24 25 26 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:40
|