|
EITI Beynəlxalq Məsləhət Qrupunun ilk yığıncağı keçirildi (26/08/2005)
EITI Beynəlxalq Məsləhət Qrupunun ilk yığıncağı keçirildi (26/08/2005)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2005-ci il (EITI və PWYP-in
bülletenlərindən istifadə olunub)
Toplantıda
iştirak etmiş Sabit Bağırovun verdiyi məlumata əsasən, BMQ 20 nəfərdən ibarətdir
və onun başçısı Transparency İnternational Beynəlxalq təşkilatın rəhbəri cənab
Piter Aygendir. BMQ-nin üzvləri EITI-ın bütün maraqlı tərəflərini- hökumətləri,
sənayeni, investorları və vətəndaş cəmiyyətini təmsil edirlər.
Sənayeni 4 nəfər- Şevronun vitse- prezidenti, BP-nin vitse- prezidenti, Anqlo- Amerikan şirkətinin vitse- prezidenti və Petrobraza (Braziliya) şirkətinin nümayəndəsi. Hökumətləri- Fransa, Norveç, ABŞ, Azərbaycan, Nigeriya, Peru nümayəndələri və daha bir “Təşəbbüs”ü tətbiq edən ölkə (hələ müəyyən edilməyib) nümayəndəsi. Azərbaycan Hökumətini MHŞT üzrə Hökumət Komissiyasının Sədri S. Şərifov təmsil edib. QHT sektorunu 4 nəfər təmsil edir. Karin Lissakers- Açıq Cəmiyyət İnstitutu (C. Sorosun müşaviri- Nyu York), Qevin Heyman- Qlobal Uitnes (Direktor), Patrik Lafon (Kamerun), Sabit Bağırov- Azərbaycan QHT Koalisiyası. İnvestorları təmsil edir: F&C Assets Management. BMQ-nin digər üzvləri: Ben Mellor- EITI katibliyinin rəhbəri, Tim Ayers- EITI katibliyi, Çarlz Makkerson- Dünya Bankı, Martin ston- BVF. Toplantı əsasən tanışlıq xarakteri daşıyıb və yaxın dövr üçün bəzi məsələlər müzakirə edilib. S. Bağırovun hazırladığı təkliflər BMQ üzvləri arasında yayılıb. Toplantıda EITI-ın gələcək inkişafı ilə əlaqədar bir sıra sənədlər BMQ üzvlərinə paylanıb. Bu sənədlər üzrə təkliflər və rəylər BMQ-nin oktyabrda keçiriləcək növbəti toplantısınadək hazırlanmalıdır. Hər bir QHT istər aydıca, istərsə də Koalisiya çərçivəsində bu sənədlərin müzakirəsində iştirak edib, öz təkliflərini BMQ-yə göndərə bilər. Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun ilk toplantısı keçirilib (ARDNF-nin məlumatı) 2005-ci il avqustun 26-da Londondakı Lancaster House binasında Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) ilk toplantısı keçirilib. Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə hökumət Komissiyasının sədri cənab Samir Şərifov toplantıda iştirak edib. BMQ-nin sədri, Transparency International təşkilatının rəhbəri cənab Piter Aygenin sədrliyilə keçən toplantıda “MHŞT-nin gələcəyinə baxış” mövzusunda prezentasiyalar iştirakçılara təqdim olunub, Təşəbbüsün ratifikasiyası və Təşəbbüs üzrə gələcək fəaliyyət mövzusunda müzakirələr aparılıb. Toplantıda BMQ-ə üzv olan ölkələrin yüksək səviyyəli rəsmiləri, o cümlədən, Nigeriyanın Mineralların İnkişafı naziri xanım Obi Ezekvesili, Norveçin Beynəlxalq İnkişaf üzrə Dövlət katibi cənab Leiv Lunde, ABŞ Dövlət katibinin ikinci müavini cənab Larry Qrinvud, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Global Witness təşkilatının və Açıq Cəmiyyət İnstitutunun, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Cənab S. Şərifov Azərbaycanda MHŞT-nin tətbiqi çərçivəsində 2 hesabatın artıq açıqlandığını, növbəti hesabatın isə Azərbaycan hökuməti və Azərbaycanda fəaliyyət göstərən hasilat (neft və qaz) şirkətləri tərəfindən artıq hazırlanmaq üzrə olduğunu toplantı iştirakçılarının diqqəyinə çatdırıb. O, Şəffaflıq Təşəbbüsünün Böyük Britaniyanın Baş naziri cənab Toni Bleyer tərəfindən elan olunduğu ilk konfransdan (London, 17 iyun, 2003) artıq iki il keçməsinə və MHŞT-ə 20-dən artıq ölkənin qoşulmasına baxmayaraq, çox az sayda ölkələrin Təşəbbüsü tətbiq etdiyini vurğulayıb. Komissiya sədri Azərbaycan hökumətinin MHŞT-nin bütün dünyada həyata keçirilməsi üçün praktiki işlər görülməsinə tərəfdar olduğunu bildirib. Cənab Şərifov Azərbaycanın MHŞT-nin tətbiqi ilə bağlı təcrübəsini artıq Qazaxıstanla bölüşdüyünü və daha çox sayda ölkələrin Təşəbbüsə qoşulması üçün onlara dəstək olmağa hazır olduğunu bəyan edib. Toplantıda MHŞT-nin tətbiqi üzrə real işlər görən ölkə kimi Azərbaycanın regionda bu sahədə liderliyi ələ almasına dair fikirlər səslənib. BP şirkətinin Vitse-Prezidenti cənab Qraham Bakster və digər çıxışçılar Azərbaycanda Şəffaflıq Təşəbbüsünün müvəffəqiyyətlə həyata keçirilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar. BMQ-nin növbəti toplantısı oktyabrın 21-də Vaşinqtonda keçiriləcək. Qrupun daha bir toplantısının isə aprel ayının 5-6-da Bakıda keçirilməsi nəzərdə tutulur. BMQ-nin yaradılması barədə qərar Şəffaflıq Təşəbbüsü üzrə 2-ci London konfransında (17 mart, 2005-ci il) verilib və MHŞT-ə qoşulmuş ölkələrə Təşəbbüsü həyata keçirməkdə köməklik göstərmək və yeni ölkələrin Təşəbbüsə qoşulmasını təmin etmək məqsədi daşıyır. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin koordinatorluğu ilə yaradılmış 16 nəfərdən ibarət qrupa inkişaf etmiş ölkələrin, mineral ehtiyatlarla zəngin və Şəffaflıq Təşəbbüsünü tətbiq etmiş ölkələrin, hasliat sənayesində fəaliyyət göstərən şirkətlərin və qeyri-hökumət təşkilatının təmsilçiləri daxildir. Britaniya hökuməti Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə BMQ-də müşahidəçi və katiblik funksiyalarını həyata keçirir.
◄ 1 ... 26 27 28 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:37
|