|
Beynəlxalq Məsləhət Qrupundan xəbərlər
Beynəlxalq Məsləhət Qrupundan xəbərlər
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2006-cı
il (EITI və PWYP-in bülletenlərindən istifadə olunub)
Beynəlxalq Məsləhət Qrupu indiyədək iki dəfə görüşüb və EITI-ın gələcəyi
ilə bağlı tövsiyələr işləyib hazırlamaqla bağlı iş proqramını yerinə yetirməkdədir.
Mədən sənayesi gəlirləri üzərində şəffaflığın artırılmasına çalışan və çox müxtəlif
fikirli insanlardan ibarət bu qrupa sədrlik etmək böyük şərəfdir.
EITI-ın uğur qazanması üçün onunla əlaqədar bəzi aydın standartların olması mütləq vacib məsələdir. Bu standartlar olmazsa, hər hansı bir ölkənin və ya şirkətin həqiqətdə heç bir şey etmədən şəffaflığa əməl etdikləri haqqında iddialarını və yaxud şəffaflığa əməl etdikləri haqqında görüntüləri pərdələməsi mümkün ola bilər. Bu ilin əvvəlində Londonda keçirilmiş beynəlxalq konfransda razılaşdırılmış EITI-ın tətbiqi üzrə meyarlar irəliyə mühüm addım idi, lakin indi BMQ həm EITI-ın tətbiqinin qiymətləndirilməsi metodologiyası, həm də prosesı üzərində işləyir. Bizim ikinci iclasımızdaqəbul edilməli olan prinsiplər razılaşdırılıb, həmin metodu sınaqdan çıxarmaq üçün iki qısa müddətli pilot təcrübə həyata keçirilməkdə və qiymətləndirmənin kim tərəfindən və necə tətbiq edilməsini nəzərdə tutan sənəd hazırlanmaqdadır. Bu günədək EITI katibliyi funksiyasını Dünya Bankının dəstəyi ilə Böyük Britaniya hökuməti daşıyıb. Təşəbbüs daha qlobal xarakter aldığından bizim daha uzunmüddətli idarəetmə və menecmentin təşkilinə ehtiyacımız olacaq. BMQ bu məsələyə növbəti yığıncağında birinci növbədə baxacaq. 2006-cı ilin əvvələrindən başlayaraq biz dünyanın müxtəlif yerlərində EITI-ı, onun məqsəd və əməliyyatlarını daha geniş dairədə hökumətlərə, şirkətlərə, digər təsisatlara və vətəndaş cəmiyyəti qurumlarına izah etmək və BMQ-nin işləyib hazırlamaqda olduğu düşüncələrin daha geniş müzakirələrini keçirmək ümidindədir. Biz yığıncaqlar arası dövrdə müxtəlif texniki sənədləri hazırladığı üçün Katibliyə, ilk iki iclasımıza ev sahibliyi etdikləri üçün Böyük Britaniya hökumətinə və Dünya Bankına minnətdarıq. BMQ iclasları ilə bağlı məlumatlar EITI vebsaytında (www.eitransparency.org ) yerləşdirilib. İndi biz fevralda Abucada Nigeriya EITI-nın ikinci ildönümü vaxtı bir həftə Nigeriya hökumətinin qonaqları olarkən üçüncü iclasımızı keçirmək ümidindəyik. Dördüncü iclas apreldə Azərbaycanda, Bakıda keçirilməlidir. Piter Aygen BMQ Sədri mənbə: EITI Newsletter, January 2006
◄ 1 ... 34 35 36 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:23
|