|
Monqolustan MSŞT-nin tətbiqinə başladığını elan edir (02/12/2006)
Monqolustan MSŞT-nin tətbiqinə başladığını elan edir (02/12/2006)
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2006-cı il (EITI və PWYP-in bülletenlərindən
istifadə olunub)
Oktyabr ayında Dünya Bankı missiyası EITI-ın əsas prinsiplərini Parlament və
hökumət üzvlərinə izah etdi. Vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin
Qırğızıstan Respublikasına sonrakı məqsədyönlü səfəri ictimaiyyətin MSŞT haqqında
məlumatını artırdı.
2005-ci il dekabrın 2-də Monqolustan Hökuməti MSŞT-nin başlanması ilə əlaqədar konfrans təşkil etdi. Gün ərzində yüzə yaxın adam konfransda iştirak etdi. Iştirakçılar sırasında nazirlər, parlament üzvləri, hökumət idarələrinin rəhbərləri, yerli QHT-lər, yerli və beynəlxalq şirkətlərin nümayəndələri var idi. Konfransda qaldırılmış bəzi əsas məsələlərə imkanların məhdudiyyəti və Dünya Bankının bu məhdudiyyətlərlə bağlı tədbir görülməsində potensial rolu daxil idi. Hesabatların fərdi və ya aqreqatlaşdırılması məsələsi qaldırıldı. QHT-lər maraqlı tərəflərin yaratdığı qrupun müntəzəm görüşlərinin keçirilməsinə və hökumətin təşəbbüsü icra komitəsinin daim həmin qrupa hesabat verəcəyinə əmin olmaq istəyirdi. Hesabatlarda uyğunsuzluqların aşkarlanacağı halda nə baş verəcəyi məsələsi həll olunmamış qalır. Ictimaiyyətə MSŞT-nin necə həyata keçirildlyini izah etmək üçün məlumatların verilməsi strategiyası tələb olunur. Monqolustanın maraqlı tərəfləri indi MSŞT-nin tətbiqi üçün təklif olunan struktur üzrə razılaşma əldə etməli olacaqlar. Hökumət iş planını işləyib hazırlamalı olacaq. Dünya Bankı vətəndaş cəmiyyəti üçün bacarıq və imkanların yaradılması proqramını əlaqələndirməli və MSŞT haqqında ictimaiyyətin məlumatlandırılmasını genişləndirməli olacaq. mənbə: EITI Newsletter, January 2006
◄ 1 ... 36 37 38 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:20
|