|
Mavritaniya hökumətinin MSŞT-ni tətbiqini nəzərdən keçirmək niyyəti
Mavritaniya hökumətinin MSŞT-ni tətbiqini nəzərdən keçirmək niyyəti
Dünyada EITI-LA bağlı mühüm hadisələr, 2006-cı il (EITI və PWYP-in bülletenlərindən
istifadə olunub)
Mavritaniya hökumətinin MSŞT-ni tətbiqini nəzərdən keçirmək niyyəti olduğu haqqında
bir neçə dəfə işarə etməsinin ardınca Dünya Bankının missiyası 2005-ci ilin
noyabrında Mavritaniyada oldu. Nümayəndə heyəti MSŞT prinsiplərinə riayət etmək
arzusunu bildirən hökumət nümayəndələri ilə görüşdü.
Baş nazir əsas nazirliklərdə və Mərkəzi Bankda eyni funksiyalı əvəzediciləri olmaq şərtilə MSŞT-nin əlaqələndiricisini təyin etdi. Bundan başqa Woodside və Hardman özəl neft şirkətləri, eləcə də dövlət mülkiyyətində olan SNIM-in daxil olduğu mədən sənayesində çalışan şirkətlər MSŞT-ni dəstəkləmək arzusunu bildirdilər. Dünya Bankının missiyası vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdü. Onlardan çoxu MSŞT-ni dəstəklədiyini bildirdilər, lakin bilik, bacarıq və imkanların yaradılması üzrə fəaliyyətə ehtiyac olduğu haqqında narahatlıq ifadə etdilər. Beləliklə, Mavritaniya vətəndaş cəmiyyəti nümayəndələrinin bu yaxınlarda Kribidə keçirilən seminarda iştirakı dəstəkləndi. Noyabrın 22-də Iqtisadi Işlər və Inkişaf naziri Dünya Bankına məktub göndərdi. Məktubda hökumətin MSŞT prinsiplərinə riayət etmək qərarı bildirilir və MSŞT-nin uğurla yerinə yetirilməsi üçün dəstək göstərilməsi xahiş edilirdi. Bu informasiyaya cavab olaraq Dünya Bankından gələn məktub Mavritaniya hökumətini bankın təşəbbüsün yerinə yetirilməsi və MSŞT üzrə komitənin yaradılmasında dəstək verməyə hazır oluduğuna əmin edirdi. mənbə: EITI Newsletter, January 2006
◄ 1 ... 37 38 39 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:25:19
|