Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Beynəlxalq Şəffaflıq "Böyük səkkizlik"dən real fəaliyyət istədi

Beynəlxalq Şəffaflıq "Böyük səkkizlik"dən real fəaliyyət istədi
Təşkilat dünya nəhənglərini MHŞT-də iştirak edən vətəndaş cəmiyyəti institutlarını dəstəkləməyə çağırır
İyunun 5-də  Beynəlxalq Şəffaflıq Təşkilatı "Böyük səkkizliyin" fəaliyyəti üzrə hesabatını açıqlayıb. "Səkkizliyin" Berlin sammitindən bir gün əvvəl nəşr olunmuş [daha geniş], hesabatda belə bir nəticəyə gəlinib ki, 8 dünya nəhəngi üzrə korrupsiya ilə mübarizə və idarəetmənin yaxşılaşdırılması istiqamətində bir çox tərifəlayiq işlərin görülməsinə baxmayaraq, onların başa çatdırılması lazımi səviyyədə olmayıb.

Təşkilatın şöbələri tərəfindən "B8-lik" ölkələrində tərtib olunmuş hesabatda hər yerdə bu qrupa daxil olan ölkələrin şirkətləri tərərfindən rüşvətxorluğun ləğv edilməsındən tutmuş, dünya maliyyə sistemində qanunsuz pulların daha yaxşı izlənməsi  və korrupsiyaya qarşı dünya qanunvericilik sisteminin gücləndirilməsinə qədər bir neçə müxtəlif məsələlər nəzərdən keçirilir. Hesabatda həmçinin "Səkkizlik" 2008-ci ildə Yaponiyada keçiriləcək toplantı zamanı keçmiş öhdəliklərin icrasının ətraflı qiymətləndirilməsinin təmin olunmasına çağırılır.

Hesabatda bir sıra beynəlxalq hüquqi aktlara və öhdəliklərə əməl olunması prosesi üzrə analiz aparılıb:

Rüşvətxorluğa qarşı qanunların həyata keçirilməsı. İyulda çap olunacaq ətraflı hesabatın nəticəsi olan İcra hesabatında deyilir ki, Kanada, Yaponiya və Böyük Britaniya İƏİT-in Rüşvətxorluğa qarşı Konvensiyasının həyata keçirilməsində uğur qazana bilmirlər. Neçə ki bütün tərəflər fəal surətdə qanunlara riayət etmirlər, xarici rüşvətxorluq inkişaf edən ölkələrdə islahatları pozmaqda davam edəcək. 

Korrupsiyanı azaltmaq məqsədilə ixrac kredit agentliyi maliyyələşməsinin gücləndirilməsi.  Hesabatda deyilir ki, Rusiyanın "Eksimbankı" istisna olmaqla,  "B8-liy"in ixrac kredit agentliklərinin hamısı müştərilərin rüşvətxorluğa qarşı qanunlara riayət etməsini təşviq etmək üçün üzərlərinə müəyyən öhdəliklər götürürlər. Lakin onlar bu öhdəlikləri real əmələ çevirmək üçün çox şey etməlidilər. 

BMT-nin Antikorrupsiya Konvensiyasının ratifikasiyası və icrası. 

Təşkilat Kanada, Almaniya, İtaliya və Yaponiyanı BMT Konvensiyasını dərhal ratifikasiya etməyə, eyni zamanda bütün "B8-lik" ölkələrini öhdəliklərin tam yerinə yetirilməsi və  monitorinqi sahəsində irəliyə getməyə çağırır.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü vasitəsilə gəlirlərin şəffaflığının artırııması. Hesabatda əhəmiyyətli  enerji resursları olan "B8-lik" ölkələri - Kanada, Rusiya, Böyük Britaniya və ABŞ MSŞT-nü öz ölkələrində yerinə yetirməyə çağırılır.  Eyni zamanda İtaliya, Yaponiya və Rusiyadan MSŞT-yə maliyyə dəstəyi verən "Səkkizlik" ölkələri sırasına qoşulmaları istənilir.  Bundan əlavə, hesabatda bütün "B8-lik" ölkələri şəffaflıq və monitorinqin yerinə yetirilməsində iştirak edən vətəndaş cəmiyyəti təşkilatlarını maliyyə dəstəyi və zəmanətlə təmin etməyə çağırılır. 

Hesabatda həmçinin "Səkkizlər" şəffaflığın artırılması və nəzarətin gücləndirilməsi vasitəsilə maliyyə bazarları və institutlarında qeyri-qanuni məqsədlərlə sui-istifadə hallarının qarşısını  almaq üzrə öhdəliklərin tez yerinə yetirilməsinə çağırılır.


1 ... 49 50 51 ... 57 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:24:58

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.327876