|
Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentindən (DFİD) təsdiqləmə öncəsi
(pre-validation) tapşırığının statusuna dair qeydlər
Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentindən (DFİD) təsdiqləmə öncəsi
(pre-validation) tapşırığının statusuna dair qeydlər
 Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFİD) təsdiqləmə öncəsi
(pre-validation) tapşırığının statusuna dair qeydləri dərc edib. Təsdiqləmə
öncəsinə dair məktublar Peter Eygendən 16 ölkəyə göndərilmiş və 11 may
tarixinə qədər çatdırılmışdır.
Təsdiqləmə öncəsinə dair məktublar Peter Eygendən 16 ölkəyə göndərilmiş və 11 may tarixinə qədər çatdırılmışdır. Ölkənin namizədlər siyahısında qalması üçün yerinə yetirilməsi tələb olunan 4 meyar aşağıdakılardır: - EİTİ icraçısı olmaq üçün rəsmi niyyət məktubu gondərmək
- Yerli vətəndaş cəmiyyəti ilə işləmək istəyini bildirmək
- Prosesi idarə etmək üçün rəsmi şəxs təyin etmək
- EİTİ-ı həyata keçirmək üçün İş Planı nəşr etmək
Bu günə qədər tam olaraq 4 meyara cavab verən ölkələr ağıdakılardır: Azərbaycan, Nigeriya, Kamerun, Qabon, Qana, Qvineya, Qazaxstan, Qırğızıstan, Mavritaniya, Monqoliya və Peru. (Qeyd: Qazaxstan öz İş Planını 2 iyul tarixində nəşr edib.) DFİD aşağıdakı ölkələrdə inkişafın olacağına əmindir: - Niger. Berlin İdarə heyatinin görüşünə qədər 3 və 4 meyara cavab verməmişdir. Çox guman ki, əsas rol və İş Planı 31 avqust, yəni son tarixə gədər tam hazır olacaq.
- Timor Leste. Berlin görüşünə gədər 4-cü meyara cavab verməmişdir. Jonas norveçlilərin dəstəyi ilə avqustda missiyasını başlayacaq. İş Planı avqustda nəşr edilməlidir.
- Kot d’İvuar. Yalniz 1-ci meyara cavab verib. Norveç və Fransa planlaşdırılmış Dünya Bankının missiyasına riayət ediblər. Onlar yerdə qalan 3 meyara avqustda cavab verməlidirlər.
- Liberiya. Ölkələr siyahısına yeni əlavə olunub və bu günə qədər 1, 2 və 3 meyarlarına cavab verib. 10 iyul tarixindən etibarən EİTİ-ın inkişafı üçün əlverişli siyasi mühit mövcuddur. İş Planının avqustda nəşr edilməsi gözlənilir.
- Madaqaskar. Yalniz 1-ci meyara cavab verib. Dövlət tərəfindən idarə olunanın və maraq grupunun açqlanması gözlənilir.
- Syerra Leone. 1, 2 və 3-cü meyarlara cavab verib. İlkin İş Planı hazırlanıb və maraq qruplarına sirkulyar olaraq göndərilib. İş Planının avqustda nəşr edilməsinə əminlik var.
- Yəmən. 1 və 3-cü meyarlara cavab verib. QHT-lərin prosesə qoşulması 2 və 4-cü meyarlara avqustda cavab veriləcəyini deməyə imkan verir. USAİD, Almaniya və DFİD-dən əlavə dəstəyə ehtiyac var.
DFİD aşağıdakı ölkələrin meyarlara cavab verməsinə şübhə ilə yanaşır: - Konqo Respublikası.Hələ ki, vətəndaş cəmiyyəti təşkilatlarının prosesə qoşulması ilə bağlı, həmçinin, aparıcı rol və İş Planı ilə əlaqədar problemlərlə üzləşir. Avqustda meyarlara cavab verməsi şübhə doğurur.
- DR Konqo. EİTİ-ın vacibliyi barədə milli səviyyədə ümumi razılıq mövcuddur. Seçkı sonrası siyasi amillər icra tədbirlərinin EİTİ prosesinin, bəlkə də, yaxşı başa düşülməməsinə görə zəif olduğunu göstərdi. 3 və 4-cü meyarlara avqustda cavab verilməsi şübhə doğurur.
- Sao Tome və Prinsip. Zəif inkişaf müşahidə olunur. Burada 1 və 2-ci meyyarlara cavab verilib. Təbii Resurslar və Ekologiya Nazirliyində aparıcı rolun təyin edilməsilə bağlı Katiblikdən EİTİ sədrliyinə məktub göndərilib. Həmçinin, İş planı təqdim edilib. Avqustda meyarlara cavab verilməsi inandırıcıdır. Daha çox məlumatın təqdim olunması üçün Katiblikdən əlavə dəstək tələb olunur.
- Mali. Berlin görüşünə qədər yalnız 1-ci meyara cavab vermişdi. O vaxtdan bəri 2-ci meyara cavab verib, bununla belə zəif inkişaf müşahidə olunur və ilkin seminar hələ ki, planlaşdırma mərhələsindədir. 3 və 4-cü meyyarlara avqustda cavab verməsi şübhə doğurur.
- Boliviya. 1-ci meyara cavab verib, lakin EİTİ-ın qəbul olunmasına, əl-əxsus, prioritet kimi hasilat sektorunun milliləşdirilməsina dair öhdəliyin götürüb-götürülməməsi aydın deyil. Yerdə qalan meyarlara cavab verilməsi çox şübhəli görünür.
- Çad. Siyasi səbəblərdən inkişaf zəifdir. EİTİ-ya qoşulmaq heç vaxt ölkənin prioritetlərindən olmayıb. Tez bir zamanda yeni qoşulmanın başlanması mümkündür. Avqustda olan son tarixədək meyarlara cavab verilməsi şübhəli görünür.
- Ekvatorial Qvineya. 2005-ci ildə EİTİ-ya qoşulmasını öhdəlik kimi üzərinə götürüb. Dünya Bankının Missiyası ölkədə 18 ay bundan öncə olub. EİTİ-ın irəliləməsi üçün müvafiq qaydaların az olması səbəbindən inkişaf zəifdir. 4 meyara cavab verilməsi çox şübhəli görünür.
- Trinidad və Tobaqo. EİTİ-ın qəbul edilməsinə dair milli öhdəliyin olub-olmaması aydın deyil. BP və Böyük Britaniyanın höküməti bu ölkənin Baş Nazirinin ofisi ilə əlaqə saxlayır. Karlos Monge Peter Eygenin məktubu barədə məlumatlandırılıb və bu məktub Trinidad və Tobaqodakı vətəndaş cəmiyyəti təşkilatına verilib. Meyarlara cavab verilməsi çox şübhəli görünür.
◄ 1 ... 50 51 52 ... 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:24:57
|