Liberiya: Ölkə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EİTİ) qoşulur

Liberiya EİTİ-a, yəni dovlətləri, şirkətləri, vətəndaş cəmiyyəti qruplarını və
investorları birləşdirən qlobal koalisiyaya qoşulan 14-cü Afrika ölkəsi oldu.
EİTİ-ın fəaliyyəti hasilat sənayelərindən (məsələn, neft, brilyant, qızıl və s.)
əldə olunan vəsaitin mineralların kəşf edildiyi ölkələrin inkişafına istifadə
olunmasının, habelə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasının təmin
edilməsinə yönəlib.
Afrika İnkişaf Bankı (Tunis)
Press-reliz
18 iyul 2007-ci il
Vebsaytda 18 iyul 2007-ci il tarixində dərc olunub
Tunis
Liberiya EİTİ-a, yəni dovlətləri, şirkətləri, vətəndaş cəmiyyəti qruplarını və investorları birləşdirən qlobal koalisiyaya qoşulan 14-cü Afrika ölkəsi oldu. EİTİ-ın fəaliyyəti hasilat sənayelərindən (məsələn, neft, brilyant, qızıl və s.) əldə olunan vəsaitin mineralların kəşf edildiyi ölkələrin inkişafına istifadə olunmasının, habelə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəlib.
Liberiyanın EİTİ-a qoşulması 10 iyul tarixində Monroviya Siti Hollda prezident, xanım Ellen Conson-Sörlif tərəfinfən Afrika İnkişaf Bankı, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları daxil olmaqla ölkənin beynəlxalq inkişaf tərəfdaşları qarşısında başlanmışdır.
Liberiyanın bu təşəbbüsün həyata keçirilməsində göstərdiyi dəstək neft, qaz və minerallardan başqa həm də meşə resurslarını əhatə etdiyinə görə unikaldır. Bu səbəbdən də bu sahədə Liberiya aparıcı rol oynayır və gələcəkdə təşəbbüsün digər sektorlara yayılmasınnda pilot nümunəsi qismində çıxış etməsinə xidmət edir.
Prezident Conson-Sörlif LEİTİ-ın keçmişdəki ölkədaxili korrupsiyanın sona çatdırılmasına yönəlmiş hökümət təyinatının bir hissəsi olduğunu qeyd etmişdir. O, keçən 18 ay müddətində hökümətin yaxşılaşdırılmış dövlət idarəçiliyinin və dövlət hesabatlılığının təmin edilməsində bir sıra tədbirlərin həyata keçirdiyini vurğulamışdır. Prezident demişdir:“Bu gün, Liberiya höküməti EİTİ-ın icraatını tam dəstəklədiyini bəyan edir”.O, həmçinin, ölkənin təşəbbüsdə iştirak etməsini hökümət üçün meşə və dağ-mədən sənayesi sektorlarında, habelə, hal-hazırda sertifikatlaşdırma və yeni meşə qanunu çərçivəsində zəncirvari mühafizə sistemi ilə bağlı cəlb olunduğu Kimberli prosesində şəffaflığın təmin edilməsi üçün əlavə səy yaratdığını soyləmişdir.
EİTİ Beynəlxalq İdarə Heyətinin Başçısı cənab Peter Eygenin tədbir iştirakçılarına ünvanladığı məktubu açılış mərasimində ölkənin Maliyyə Naziri xanım Antuanetta Sayeh tərəfindən oxunmuşdur. Cənab Eygen Liberiyanın EİTİ-a qoşulmasını “ölkə üçün müsbət başlanğıc” olduğunu qeyd etmişdir. Bu hadisə hökümətin yaxşı idarəçilik və şəffaflıq praktikası ilə bağlı üzərinə götürdüyü öhdəliyi, həmçinin onun vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etmək istədiyini göstərir
LEİTİ ölkə resurslarının- mədənlərin, meşə və neftin ayrı-ayrı fərdlərin varlanması üçün yox, əksinə, bütün insanların maraqları üçün istifadə edildiyinin təmin edilməsi yolunda fəaliyyət göstərəcəkdir. Bu dağ-mədən, neft və meşə sahəsində fəaliyyət göstərən şirkətlərin hökümətə və hökümət işçilərinə ödədiyi vəsaitlərin açıqlanması ilə həyata keçiriləcək. Ödəniş və gəlirlər haqqında məlumat müstəqil administrator tərəfindən uyğunlaşdırılacaq və onun üzərində xarici audit əməliyyatları aparılacaq.
Təşəbbüs hökümət üzvləri, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq inkişaf tərəfdaşlarından ibarət olan idarəedici komitə tərəfindən nəzarət ediləcək.
Açılış mərasimində AİB-nı təmsil edən xanım Tov Straus Bankın LEİTİ-nın icra prosesini dəstəkləyəcəyini qeyd etdi.
Xüsusi işçi qrupu bankın 2006-cı ilin oktyabrında təsdiq etdiyi təşəbbüsünə uyğun olaraq, mədən sənayesindən əldə olunnan gəlirlərin inkişaf təsirini hesabatlı və şəffaf surətdə maksimuma çatdırılması üçün, onun üzv ölkələrə yardım göstərməsi yollarına dair sənəd hazırlamışdır.
İşçi qrupu EİTİ-ın icrasının regional üzv ölkələrdə dəstəklənməsini Banka xüsusilə tövsiyə etdi. Bu dəstək təşəbbüsün icrasında institusional imkanları kifayət qədər olmayan ölkələrə texniki və maliyyə yardımının gostərilməsi ilə həyata keçirilməlidir.
Liberiyanın təşəbbüsü dəstəkləməsi onu dünyanın təbii resaurslarla zəngin olan 53 dövləti arasından EİTİ-a qoşulan 14 Afrika ölkəsi daxil olmaqla 22 ölkə siyahısına daxil etdi.