|
11 nəfər senator və nümayəndələr palatasının üzvü Dövlət Katibi Kondoliza
Rayza MHŞT ilə bağlı müraciət edib.
11 nəfər senator və nümayəndələr palatasının üzvü Dövlət Katibi Kondoliza
Rayza MHŞT ilə bağlı müraciət edib.
 Hörmətli
katib, xanım Rayz, Bu məktubla biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü
dəstəklədiyimizi bildirir və tez bir zamanda ABŞ Administrasiyasından
EİTİ-ın təsdiqlənmə prosesininin effektiv və etibarlı olmasına zəmanət verən
konkret addımlar atmağı təkidlə xahiş edirik.
19 sentyabr 2007 Hörmətli Kondaliza Rayz ABŞ Dövlət Departamentinin katibi 2201 CNÜ küç. Vaşington, DC 20520 Hörmətli katib, xanım Rayz, Bu məktubla biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəklədiyimizi bildirir və tez bir zamanda ABŞ Administrasiyasından EİTİ-ın təsdiqlənmə prosesininin effektiv və etibarlı olmasına zəmanət verən konkret addımlar atmağı təkidlə xahiş edirik. Yarandığından 5 il sonra EİTİ neft, gaz və mədən sektorlarında korrupsiya ilə mübarizədə istifadə olunan mühüm beynəlxalq mexanizmə çevrilmişdir. O, ilk dəfə olaraq, Nigeriya, Azəraycan və bir neçə digər ölkədə enerji gəlirlərinin ödənişlərinə dair məlumatın açıqlanmasını asanlaşdırmışdır. Bu şəffaflıq prosesi zəngin resurslara malik olan ölkələrin vətəndaşlarına hökümətlərini əsas gəlir mənbəyinə görə daim hesabatlı saxlamalarına şərait yaradır. Nigeriya kimi ölkələrə korrupsiya ilə mübarizədə kömək etmək yalnız həmin ölkələrin insanlarına fayda vermir. Bu, həmçinin, ABŞ-ın enerji təhlükəsizliyinə də yardım edir. 27 sentyabr EİTİ-ın İdarə Heyəti təşəbbüsün həyata keçirilməsinin təsdiq prosesinin tərtib olunması məqsədilə görüş keçirəcəkdir. Bu görüş EİTİ prosesinin vahidliyini yoxlayan ilk vacib testlərindən biridir. Baxmayaraq ki, artiq 26 ölkə yazılı surətdə EİTİ-a qoşulmalarını bəyan edib, bu ölkələrin əksəriyyəti Təşəbbüs çərçivəsində namizəd olmaq üçün daxil olma meyarlarına cavab verməlidirlər. EİTİ standartlarına tabe olmayan ölkələrin EİTİ-ın üzv ölkələrin siyahısından çıxarılıb-çıxarılmadıqları üzrə qəbul ediləcək qərar EİTİ proqramının bütövlükdə etibarlı olmasına və onun gələcək uğurlarına böyük təsir gostərəcəkdir. Biz EİTİ-ın təsdiq prosesinin etibarlı olmasını təmin etmək üçün ABŞ-dan səylərini ikiqat artırmasını xahiş edirik. Sizin aşağıdakı tədbirləri gorməyinizi xüsusilə dəstəkləyirik: 1. EİTİ-ın İdarə Heyətinə ABŞ-ın yüksək səviyyəli nümayəndəsini təyin etmək (ən azı katib asistenti səviyyəsinda olan bir şəxs olmalıdır). 2. Gözlənilən Təsdiq tapşırığı zamanı EİTİ-ın həyata keçirilməsi meyarlarına ölkələrin tam cavab verməsini təmin etmək. Meyarlara tam cavab verilməyənədək heç bir ölkəyə “EİTİ-ya namizəd” və ya “EİTİ-ın guzəşt etdiyi ölkə” statusu verilməsinə icazə verilməməlidir. Əks təqdirdə nəinki EİTİ prosesinin etibarlılığına zərbə vurulacaq, həmçinin, Nigeriya və Azərbaycan kimi ölkələrdə bu sahədə əldə olunan tərəqqe nəzərə alınmayacaq. Biz ABŞ-dan namizəd ölkələrə EİTİ-ın tələb olunduğu qaydada həyata keçirilməsi məsələsində, həmçinin, gələcəkdə onlara “EİTİ-ın güzəşt etdiyi ölkə” statusunu almalarında köməyini artırmasını xahish edirik. Bu köməyin mühüm aspektlərindən birisi EİTİ-ı həyata keçirən ölkələrdə vətəndaş cəmiyyəti gruplarında EİTİ gəlirlərinə dair məlumatı təhlil etmə və enerji sektorunda əsl hesabatlılığı təmin etmə imkanını yaratmaqdır. Bu isə, resurslarla zəngin olan ölkələrdə vətəndaş cəmiyyətinin fəal dəstəklənməsini, ələ-əxsus, vətəndaş cəmiyyəti üzvlərinin, məsələn, EİTİ-ın İdarə Heyətinin və ya Pubblish What you Pay kampaniyaçılarının həbsi bash verdiyi zaman konkret diplomatik addımların görülməsini nəzərdə tutur. Yaxinda keçiriləcək EİTİ-ın İdarə Heyətinin görüşü onun gələcəyi üçün çox əhəmiyyətlidir. Bununla bağlı biz ABŞ Administrasiyasını öz vəzifəsindən istifadə edərək EİTİ-ın təsdiqləmə prosesininin vahidliyini təmin etməsində tələsdiririk. Sizə ABŞ-ın bu vacib enerji təhlükəsizliyi məsələsində gördüyünüz işə görə dərin minnətdarlığımızı bildiririk. Hörmətlə, Elsi Heyst Benjamin L.Kardin Rassel D.Feyngold Barni Frenk Gven Mur Karl Levin Kristofer C.Dodd L.Solis Dayana Vatson
◄ 1 ... 54 55 56 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:24:51
|