|
Publish What You Pay Norveçin EİTİ-ı həyata keçirmək haqqında öhdəliyini
dəstəkləyir (27/09/2007)
Publish What You Pay Norveçin EİTİ-ı həyata keçirmək haqqında öhdəliyini
dəstəkləyir (27/09/2007)
 Beynəlxalq
vətəndaş cəmiyyəti koalisiyası bəyanatla çıxış etmişdir: “Norveç höküməti
təbii resurslardan əldə olunan gəlirlərin şəffaflığının qlobal standart
təcrübəsinə çevrilməsində mühüm addım atmışdır”. London və Oslo: Bu gün
Norveç höküməti şirkət ödənişlərindən, habelə dövlətin neft, qaz və mədən
sənayesindən əldə etdiyi gəlirlərin şəffaflığını təmin edən və əsaslı qlobal
bir təkan olan EİTİ-ı həyata keçirəcəyini bəyan etmişdir. Dövlət, şirkət və
vətəndaş cəmiyyəti qruplarının dəstəklədiyi EİTİ neft, qaz və mədən
sənayesindən əldə olunan gəlirlərin tənzimlənməsi prosesini sözü gedən təbii
resurslara malik olan ölkələrin vətəndaşlarına daha da hesabatlı etmək
məqsədini güdür. 300-dən çox qrupu əhatə edən qlobal vətəndaş cəmiyyəti
koalisiyası-PWYP Norveçin bu qərarını alqışlamışdır. Norveç dövlətinin bu
addımı EİTİ-ın yalnız inkişaf edən və zəif idarəetməyə malik olan ölkələr
üçün qlobal vasitə olmadığını göstərir
PWYP-ın beynəlxalq koordinatoru, xanım Radika Sarin hadisə ilə bağlı fikrini belə bildirmişdir:“Bu gün Norveç EİTİ-ı həyata keçirəcəyini elan edən ilk inkişaf etmiş ölkə kimi tarixin yeni səhifəsini yazmışdir. Gəlirlərin şəffaflığı və hesabatlılığı qaz, neft və mədən sənayesi üçün qlobal standart olmalıdır. Biz bu addıma görə Norveç hökümətini alqışlayır və onun EİTİ həyata keçirməsini digər üzv ölkələrərin yüksək standartlara sahib olmalarına və aanlaşıqlı hesabatların verilməsinə yol açacagını düşünürük”. 2000-2005-ci illərdə Norveçin ümumi ixracının 60 % karbohidrogenlər təşkil etmişdir. Ölkə Beynəlxalq Valyuta Fondunun müəyyən etdiyi təbii resurslarla zəngin olan ölkələr kateqoriyasına tam uyğundur. PWYP hələ ki EİTİ-ya qoşulmayan və mədən sənayesində qlobal iştirakçılar olan Avstraliya, Kanada, ABŞ və Cənubi Afrika kimi ölkələrin də Norveç hökümətinin addımını atacaqlarına ümid bəsləyir. Global Witness Kampaniyaları üzrə Direktor, həmçinin PWYP koalisiyasının üzvü cənab Gevin Keyman soyləmişdir: “EİTİ-ın yarandığı tarixindən 5 il keçməsinə baxmayaraq şəffaflıq hələ ki heç yerdə kodlaşdırılmış qlobal standarta yaxınlaşmamışdır”. “Digər ölkələr, Böyük 8 daxil olmaq şərtilə, səlahiyyətlərində olan qayda və prosedurlar vasitəsilə şəffaflıq tələblərinə cavab vermək üçün səylərini artırıb irəliləməlidirlər”. PWYP, həmçinin, Norveç hökümətinin sahiblik etdiyi yeni EİTİ Katibliyinin açılmasını da alqışlamışdır. Katiblik rəsmən Oslo şəhərində 26 sentyabrda açılmışdır. “EİTİ-ı güclü edən amillərdən birisi onun dövlət, şirkət və vətəndaş cəmiyyətini bərabər hüquqlu saymasıdır. Mədən sənayesində ümumi məqsədimiz olan şəffaflığa tam nail olmaq üçün birlikdə işləməliyik”, PWYP-ın Norvec üzrə koordinatoru xanım Mona Tousen vurğulamışdır. O, həmçinin soyləmişdir:“Biz EİTİ-ın Norveç Katibliyinin açılmasını digər ölkələr üçün bir çağırış kimi qəbul edir və alqışlayırıq. Gəlin EİTİ-ın həqiqətən qlobal təşəbbüsə çevrilməsinə nail olaq.”
◄ 1 ... 55 56 57 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:24:49
|