|
MSŞT Dünyada - xəbərlər
MSŞT Dünyada - xəbərlər
Kanadanın "Talisman Enerjy" neft şirkəti maliyyə şəffaflığı ilə bağlı şirkətin
siyasətini açıqlayır. Şirkət fəaliyyət göstərdiyi hər bir ölkədə ödədiyi vergiləri
və royaltiləri dərc etdirir.
Nigeriya:
-
"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün (EITI) tətbiqinə
hökumətin münasibətinin təhlili
IMF
Article IV report on Nigeria
(BVF: Nigeriya üzrə Articl IV hesabatı) hesabatına daxil
edilmişdir.
EITI-in vebsaytı – http://www.eitransparency.org/ fəliyyətə başladı. Vebsaytda
EITI haqqında ümumi məlumat, ayrı- ayrı ölkələördə onun tətbiqində uğurlar və
problemlər, ona qoşulan ölkələr və şirkətlər haqqında məlumatlar yerləşdirilmişdir.
Qırğızıstan Respublikası Hökuməti, Dünya Bankı və DFİD-nin iyunun 30-da
Bişkekdə təşkil etdikləri konfransda Qırğızıstan Respublikasının EITI
təşəbbüsünün tətbiqinə başladığı rəsmən elan edilmişdir.
2004-cü il iyunun 26-da Nigeriyanın Prezidenti
Olusegun Obasanjo və Sao Tome və Principinin Prezidenti Fradique De Menezes Nigeria
və Sao Tome və Principi arasında Birgə İnkişaf Zonasında şəffaflıq və idarəetmə
haqqında birgə deklarasiya imzalamışlar.
2003-cü ilin may ayında Qanada bütün maraqlı tərəflərin iştirak etdiyi seminar
keçirildi. 2003-cü ilin iyun ayında EITI-ın tətbiq ediləcəyi pilot
ölkə elan edilir. DFİD və Qana arasında görüş keşirilmiş və EITI-ın tətbiqi
üzrə plan tərtib edilmişdir. EITI ilə bağlı fəaliyyətləri əlaqələndirmək üçün katibliyin
yaradılması əsas tövsiyələrdən biri o olmuşdur. Bunu Qananın Mədən Sənayesi
Nazirliyi öz öhdəsinə götürmüşdür. Texniki Dəstək DFİD-dən olmuşdur.
◄ 1 2 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:24:37
|